Bornovada Xocalı abidəsi ziyarət edildi

Bornovada Xocalı abidəsi ziyarət edildi
SOSİAL
12:50 28.02.2017
1360
Bornovada Xocalı abidəsi ziyarət edildi və millət vəkilləri Xocalı soyqırımı ilə bağlı konfrans verdilər və İzmirin bütün bələddiyyələrinə çağırış etdilər.
 
Azərbaycan Diaspor Komitəsinin sədr müavini Valeh Hacıyev, Baş Konsul Məsim Hacıyev, millət vəkilləri Q. Paşayava və Aydın Hüseynov İzmirdə Bornova bələdiyyə başkanı Olqun Atilla ilə görüşüb, Bornovada Xocalı soyqırımı abidəsinə görə ona və İzmirdə fəaliyyət göstərən İzmir Azerbaycan Kültür ve Dayanışma derneyi başkanı Mülazım Paşaya təşəkkürlərini bildiriblər. İzmirdə fəaliyyət göstərən bir sıra dərnək və cəmiyyətlərin başkanları İsa Ambarcı, Mülazzım Paşa, Gürsel Özdemir, Asif Kurban, İzmirdə yaşayan azərbaycanlılar, jurnalistlərin, İSTAD başqanl səfər Karakoyunlu, Xocalıdan olan Aqil Məmmədovun və yerli ictimaiyyətin iştirakı ilə Bornovadakı Xocalı abidəsi ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub. Sonra Bornovada İzmir Azerbaycan Kültür ve Dayanışma derneyinin təşkilatçılığı, Bornova bələdiyyəsinin dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib. İzmir Azerbaycan Kültür ve Dayanışma derneyi rəhbəri Mülazım Paşa, Iğdır Azerbaycanlıları kültür merkezi başqanı Gürsel Özdemir, Bornova bələdiyyə başkanı Olqun Atillanın, Xocalı soyqırımı şahidi Aqil Məmmədovun açılış çıxışlarından sonra millət vəkilləri Qənirə Paşayeva və Aydın Hüseynov Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış ediblər və iştirakçılaın suallarını cavablandırıblar. Millət vəkilləri gələn il İzmirin gaziemir bələdiyyəsində də Xocalı soyqırımı abidəsinin qoyulacağlnı xüsusi vurğulayaraq Gaziemir bələdiyyə başkanına və bu işin təşəbbüskarları Iğdır Azerbaycanlıları kültür merkezi başqanı Gürsel Özdemire de teşekkürünü bildirərək İzmirin bütün bələdiyyələrinin bu bələddiyyələrin bu istiqamətdə çalışmalarından örnək alaraq Qarabağ parkı və Xocalı soyqırımı abidələrini açmağa çağırıblar. Tədbirin sonunda təşkilatçılar tərəfindən iştirakçılara plaketlər təqdim olunub. 
OXŞAR XƏBƏRLƏR