“Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum planlaşdırır?”

“Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum planlaşdırır?”
SİYASƏT
16:10 28.02.2024
294
"Ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı əfsuslar hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib: "Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.

Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı