Borrel Rusiyanın Ukraynaya nüvə hücumuna cavabdan danışdı

Borrel Rusiyanın Ukraynaya nüvə hücumuna cavabdan danışdı
DÜNYA
18:52 13.10.2022
239
Rusiya Ukraynaya nüvə zərbəsi endirmək qərarına gələrsə, Avropa İttifaqı (Aİ) mütləq cavab verəcək.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Diplomatik Akademiyasında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Ukraynaya nüvə hücumu Aİ, ABŞ və NATO-nun güclü reaksiyasına səbəb olacaq.

"Cavab nüvə silahı ilə olmasa da, hərbi baxımdan böyük olacaq”, - deyə Borrel vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanı vuracağı təqdirdə ölkəsinin nüvə silahından istifadə etməyəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR