"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
SİYASƏT
09:50 13.07.2026
285
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycanın Avropa Komissiyasından və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərindən danışıb.
AZXEBER.COM xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı bildirib: "Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə gəldikdə, bunların arasında çox böyük fərq var. Avropa Komissiyası ilə münasibətlərimiz müxtəlif olub. Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə bizim aramızdakı münasibətlər, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma getmişdir”.