Borrell: ABŞ-nin İsrailə verdiyi vaxt daha çox insanın ölümünə səbəb ola bilər

DÜNYA
14:43 17.10.2024
107
"ABŞ-nin Qəzzaya daha çox humanitar yardımın daxil olmasına icazə vermək üçün İsrail hökumətinə vaxt vermək qərarı daha çox insanın ölümünə səbəb ola bilər".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell deyib.
 
Belə ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı Sammiti öncəsi mətbuata açıqlama verib.
 
ABŞ-nin Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdırmaq üçün İsrailə verdiyi 30 günlük müddətin çox sayda insanın ölümünə səbəb ola biləcəyini ifadə edən Borrell, "Gördüklərimiz humanitar böhranın xroniki hala keçməsidir"-, deyib.
 
Yaxın Şərqdəki hadisələri "fəlakət" olaraq qiymətləndirən Borrell, "18 min uşaq yetim qaldı. Livan əhalisinin 20 faizi ölkəni tərk etmək məcburiyyətində qaldı. 400 min uşaq təkcə Livanda evlərini tərk etmək məcburiyyətində qaldı",- deyə əlavə edib.
 
Oksana
 
 
OXŞAR XƏBƏRLƏR