Borrell İsrailə gedəcək

Borrell İsrailə gedəcək
DÜNYA
18:29 13.11.2023
192
Borrell İsrailə gedəcək.

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell noyabrın 16-da İsrailə gedəcək.

Ali Nümayəndə Borrell İsraillə həmrəylik nümayiş etdirmək üçün İsrailə səfər edəcək.

Səfər çərçivəsində o, İsrail Prezidenti İsxaq Herzoq, xarici işlər naziri Eli Kohen və HAMAS-ın girov götürdüyü şəxslərin ailələri ilə görüşlər keçirəcək.

Xatırladaq ki, ötən il Aİ-nin Ali Nümayəndəsi İsrailə səfərlə bağlı müraciət etsə də, İsrail hökuməti onun səfəri üçün imkan yaratmayıb.
 
///APA 
OXŞAR XƏBƏRLƏR