Boşandığı arvadını yandırana 10 il həbs tələbi

Boşandığı arvadını yandırana 10 il həbs tələbi
SOSİAL
13:02 14.02.2017
764
Keçmiş arvadını yandırmaqda təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı çıxış edərək, C. Zeynalova 10 il cəza istəyib.
Proses fevralın 17-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Şam Bağı" restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

///lent.az
OXŞAR XƏBƏRLƏR