Boşandığı əri tərəfindən diri-diri basdırılan qadın məzardan sağ çıxdı

Boşandığı əri tərəfindən diri-diri basdırılan qadın məzardan sağ çıxdı
DÜNYA
14:59 05.11.2022
278


ABŞ-ın Vaşinqton ştatında yaşayan 53 yaşlı Çae Kyonq An maliyyə məsələləri barədə danışmaq üçün keçmiş həyat yoldaşını evinə dəvət edib.

İkilinin söhbəti bir müddət sonra mübahisəyə çevrilib. Keçmiş həyat yoldaşına əsəbiləşən kişi onun əl-ayağını lentlə yapışdıraraq məzarda diri-diri basdırıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, çarəsiz qadın ağıllı saatı sayəsində sağ qalmağı bacarıb.

Ölümlə üz-üzə qalan qadın bir neçə saat sonra qolundakı lentləri açaraq ətrafdakı şəxslərdən kömək istəyib. Bundan öncə isə ölümlə mübarizə sağ qalmaq üçün mübarizə apararkən qolundakı ağıllı saatı vasitəsilə polisə də məlumat verməyi bacarıb.

Polisin araşdırmasından sonra şübhəlinin mindiyi avtomobil müəyyən edilib. Şübhəli hadisədən saatlar sonra yaxalanıb.

Aydın

OXŞAR XƏBƏRLƏR