Boşandıqdan sonra qadınlara qəzəblənib, özü üçün kuklalardan ibarət hərəm qurdu.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Din Bevan adlı kişi həyat yoldaşından boşandıqdan sonra qadınlarla birgə yaşamağı dayandırıb.
Hazırda 12 kukla ilə yaşayan kişi onların əsl qadınlardan fərqləndirmədiyini söyləyir. Dean 12 kukla üçün alt paltar və paltar alır. Eyni zamanda onların doğum günlərini qeyd edir, makiyaj edir, gəzintiyə çıxır, birlikdə yatır.
60 yaşlı Dean Bevan deyir ki, boşandıqdan sonra özünü tənha hiss etməyib.
Uşaqlıqdan bəri fantastika filmlərinə həvəs göstərdiyini ifadə edən Dean izlədiyi "Humans” serialından sonra "Sarah" adlı bir şişmə kukla sifariş edir və o gündən etibarən həyatı maraqlı bir dönüş alır.
Kuklalarının şəkillərini sosial şəbəkə hesabında paylaşan Bevan bəzən onları real insanlardan ayırmaqda çətinlik çəkdiyini etiraf edib.
Gününün çox hissəsini şişmə kuklalarına qulluq etməklə keçirən Bevan onların paltarlarını da öz əlləri ilə tikir.
Ayşən Mirzəyeva
![](https://azxeber.com/file/pic/xeber/2021-10/1633611032_bosandiktan-sonra-gercek-insanlardan-kacip-sisme-720108_3788_2_b.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2021-10/1633610995_bosandiktan-sonra-gercek-insanlardan-kacip-sisme-720108_8236_1_b.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2021-10/1633610995_bosandiktan-sonra-gercek-insanlardan-kacip-sisme-720108_3206_3_b.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2021-10/1633611033_bosandiktan-sonra-gercek-insanlardan-kacip-sisme-720108_6218_4_b.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2021-10/1633610996_ayca-elal-10-41-am-bosandiktan-sonra-kadinlara-720108_8452_5_b.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2021-10/1633611032_ayca-elal-10-41-am-bosandiktan-sonra-kadinlara-720108_5609_20_b.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2021-10/1633611031_ayca-elal-10-41-am-bosandiktan-sonra-kadinlara-720108_1916_10_b.jpg)