“Boşanır, sonra deyir incəsənət qurban tələb edir“

“Boşanır, sonra deyir incəsənət qurban tələb edir“
MAQAZİN
13:45 20.04.2016
1682
Boşanır, sonra deyir incəsənət qurban tələb edir. Əksinə, incəsənət ağıl tələb edir. Ailədə dava edirlər ki, filankəs brilyant taxdı, xəz geyindi, sən də mənə al”
Axşam.az-ın məlumatına görə, bu sözləri aşıq Zülfiyyə "Hər şey daxil” verilişində qonaq olarkən deyib. O, ailə münaqişələrindən və sənət dostlarının bir-biri ilə bəhs etməsindən danışıb:
“Filankəsdə var, məndə də olsun" mübahisəsi edirlər. Bütün ailə davaları dünya malı üstündə olur. Pulum olmayıb, bir paltarı satıb, ikincini almışam. Heç ailəmin xəbəri olmayıb. Birdən-birə bu yerə gəlməmişəm. Ailədə xoşbəxtlik olandan sonra hər şey olur. Ailə quranda bir otaqlı evimiz, dəmir kravatımız, stol və stulumuz varıydı. İndi amma heç nəyə ehtiyacımız yoxdur. Evdə hər şeyi məsləhət etməlisən, amma son sözü kişi deməlidir. Kişinin sözünə qulaq asanda yaxşı olur”.
OXŞAR XƏBƏRLƏR