Boşanma üstündə daha bir faciə: Arvadını, qayınanasını öldürdü

Boşanma üstündə daha bir faciə: Arvadını, qayınanasını öldürdü
SOSİAL
15:57 28.11.2016
988

 

Fransada  türkiyəli vətəndaş cinayət törədib.

 

Fransanın Evreux, Netreville qəsəbəsində dünən səhər saatlarında cinayət hadisəsi baş verib.

Belçikadan Fransaya gələn 46 yaşlı türk vətəndaşı boşanma ərəfəsində olduğu 40 yaşındakı xanımı, 66 yaşlı qayınanasını silahla vuraraq öldürüb. 70 yaşındakı qayınatasını isə ağır yaralayıb.

Bildirilir ki, cütlüyün 3 övladı var. Hadisə uşaqlardan ikisinin gözləri önündə olub.

Cinayəti törədən şəxs polisə təslim olub. İstintaq aparılır. Hadisənin tərəflər arasında anlaşılmazlıqdan dolayı yaşandığı deyilir.


///Lent.az
OXŞAR XƏBƏRLƏR