Boşanma xəbərləri yayılan müğənni ikinci dəfə hamilədi - FOTO

MAQAZİN
14:35 15.09.2014
2041
Boşanma söz-söhbətlərinə baxmayaraq, deyəsən, Beyons və reper Jay Z arasında münasibətlər düzəlib.
İfaçının həyat yoldaşı Jay Z Fransadakı konsertdə özünəməxsus tərzdə ailədə artım olacağına işarə edib.
Bu həftəsonu Beyons və Jay Z-nin Parisdə iki dəfə “On the run” adlı birgə çıxışları olub. Son çıxış zamanı Jay Z “Beach is better” hitinin sözlərinə əlavə edərək deyib: “Çünki o, yenə hamilədi!”
Bu sözlərə cavab olaraq Beyons da öz həyat yoldaşına sevgi etirafı edib. “Mən sənin əsas pərəstişkarınam! Mən səni çox sevirəm, cənab Karter!”, - deyib.
“Mən demək istərdim ki, səninlə bir səhnəni bölüşmək mənim üçün şərəf və inanılmaz zövq idi. Mən sevdiyim və dövrümüzün ən yaxşı sənətçisi olan qadınla bir səhnəni bölüşməyi xəyalıma belə gətirə bilməzdim”, - deyə sonda Jay Z çıxışlarını yekunlaşdırıb.
İndi cütlüyün pərəstişkarları Beyonsun rəsmi açıqlamasını gözləyirlər.
Boşanma haqqında söz-söhbət Jay Z və Beyonsun bacısı Solanc liftdə dava edəndən sonra yayılmağa başladı. Əvvəlcə deyirdilər ki, davanın səbəbi Jay Z-nin Beyonsun prodüseri olaraq lazımınca aktiv işləməməsidi. Lakin sonra deyildi ki, Solanc Jay Z-nin üstünə hücum çəkib. Səbəbi isə Jay Z-nin Beyonsu aldatması olub.
Cütlük özü bu haqda heç nə danışmayıb və konsert zamanı səhnədə bir-birinə sevgi etirafları ediblər.
Xatırladaq ki, 33 yaşlı Beyonce və 44 yaşlı Jay Z 6 il əvvəl ailə qurub və onların artıq iki yaşlı qızları var.
///Anspress
OXŞAR XƏBƏRLƏR