Boşanmaq istədiyi əri tərəfindən küçənin ortasında güllələndi

Boşanmaq istədiyi əri tərəfindən küçənin ortasında güllələndi
DÜNYA
18:01 20.04.2021
591

Türkiyənin Bursa şəhərində dəhşətli qətl hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, boşanmaq üzrə olduğu həyat yoldaşı ilə küçədə mübahisə edən Mehmet Yıldız, küçənin ortasında həyat yoldaşını odlu silahla üç dəfə atəş açıb.

Baş verən hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Cinayətkar daha sonra evinə gedərək sağa- sola atəş açıb və polislərə tabe olmayıb.

Qanlar içərisində qalan qadın, hadisə yerinə gələn təəcili yardımın cəhdlərinə baxmayaraq dünyasını dəyişib.

Məlumata görə, Aygül Yıldız uzun zamandı ərindən ayrı yaşayırmış. Hadisə zamanı cütlük küçənin ortasında mübahisə edirmiş. Mübahisə zamanı M. Yıldız anidən belində olan silahı çəkərək qadına 3 dəfə atış açıb.

M. Yıldız çox keçmədən polislər tərəfindən həbs edilib.

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR