Boşanmıram, əl çəkin... - ARAŞDIRMA

Boşanmıram, əl çəkin... - ARAŞDIRMA
MARAQLI
01:07 05.11.2011
2673

Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda məhkəmə prosesində yalnız hüquqşünaslar iştirak edir.

İyirmi doqquz yaşlı Səma valideynlərinin razılığı əsasında əmisi oğlu ilə ailə qurmuşdu. Mehriban dolanırdılar, 1-2 il müalicədən sonra hamilə də qalmışdı. Bir gün hamiləliyinin altı aylığında ərini səhər-səhər gülərüzlə işə yola saldı və kişi axşam evə dönəndə, üzü dönmüşdü. Söhbətləri qısa oldu, kişi ona məhkəmə qətnaməsi təqdim elədi və “Əşyalarını yığ, atan evinə gedirsən, artıq boşanmışıq” dedi. Əli üzündə qalmışdı: “Bu məhkəmə nə vaxt oldu, ərizəni ona kim yazdı?”. Məhkəməyə dəfələrlə ayaq döyəndən sonra öyrəndi ki, hər şeyi əri edib - məhkəməyə gizlicə ərizə yazıb, evə gələn bildirişləri də poçtdan özü götürüb. Və nəticədə qadın hüquqi müstəvidə heç bir aliment-filan almadan, mənzilə heç bir hüququ tanınmadan küçədə qalıb. Hamiləliyin vaxtı keçdiyindən abort da etdirə bilməyib və indi təkbaşına uşaq böyütmək məcburiyyətindədir. Səma Azərbaycanda bu cür oxşar ssenari ilə küçəyə atılan minlərlə qadından biridir.Anspress-in məlumatına görə, ölkədə ildən ilə boşanma səviyyəsi artır. Bu son illərin statistikasında daha qabarıq özünü göstərir. Rəsmi statistikaya görə, əgər 2009-cu ildə hər min nəfərə düşən boşanma sayı 0,5 olubsa, 2010-cu ildə bu göstərici 0,6-ya qalxıb. Halbuki 2000-ci ildə bu göstərici 0,3, 1997-ci ildə isə 0,2 olub. Məsələnin əsas səbəbi Azərbaycanda boşanma prosesinin çox sadə olmasıdır. Azərbaycan qanunvericiliyinə görə, boşanmaq istəyən şəxs qarşı tərəfin mövqeyini öyrənmədən məhkəməyə müraciət edib nikahın xitam verilməsini tələb edə bilər. Məhkəməyə iddia ərizəsilə birlikdə nikah haqqında şəhadətnamənin surəti, əgər varsa, uşaqların doğum haqqında şəhadətnaməsinin surəti təqdim edilir. İddia ərizəsində qarşı tərəfin ünvanı da qeyd edilməlidir. Qanunvericiliyə əsasən, məhkəmə boşanma işinə 3 ay ərzində baxır. Bu müddət bitərsə, hansısa tərəf məhkəməyə gəlməsə, yaxud boşanmaqdan imtina etsə belə, məhkəmə nikahı ləğv edə bilər. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda məhkəmə prosesində yalnız hüquqşünaslar iştirak edir. Bir çox hüquqşünaslar bunu normal saymır və boşanma prosesinin digər islam ölkələrində olduğu kimi çətinləşdirilməsinin vacibliyini vurğulayır. Məsələn, İranda qadın boşanmaq üçün məhkəməyə müraciət edərsə, kişinin səhvi sübuta yetirilərsə, onu ağır cəza gözləyir. Kişinin özü boşanma ərizəsi verərsə, onda o, qadına mehr pulu ödəməlidir, adətən bu, 70-140 min dollar ətrafında dəyişir. Türkiyədə isə boşanmaq istəyən kişiyə məhkəmə elə bir aliment kəsir ki, kişinin həyatı cəhənnəmə dönür - əgər qadının əxlaqsızlığı sübut olunmazsa, kişi boşadığı qadını ölənə və ya başqa kişi ilə ailə qurana qədər saxlamalıdır, onun üçün ev tutmalı və hər ay xərcini ödəməlidir. Həmçinin ondan doğulan uşaqları həddi buluğa çatdırmalıdır. Bunları ödəmək qabiliyyətində olmayanları isə həbsxana gözləyir. Ekspertlər də Azərbaycanda boşanma prosesinin bir qədər qəlizləşdirilməsini lazım bilir. “Təmiz Dünya” İctimai Birliyinin sədriMehriban Zeynalovaburada əsas məsuliyyətin qeyri-hökumət təşkilatlarının üstünə düşdüyünü deyir. Onun fikrincə, QHT nümayəndələri intensiv olaraq problemlə əlaqədar maarifləndirici aksiyalar keçirməlidir. Bu baxımdan müəyyən təkliflər, layihələr irəli sürülməlidir: “Türkiyə təcrübəsindən bəhrələnmək daha yaxşı olar. Türkiyədə boşanma prosesi süni surətdə uzadılır. Lakin bunu da ehtiyatla etmək lazımdır ki, ailədə yaranmış problem hansısa faciə ilə nəticələnməsin. Bunun üçün məhkəmə sistemində psixoloq xidməti lazım olur. Amma bizim məhkəmələrdə psixoloq xidməti fəaliyyət göstərmir”. Regional Psixologiya Mərkəzinin baş psixoloquDəyanət Rzayevdə boşanma prosesində məhkəmələrdə məcburi psixoloq xidmətindən istifadə olunmağı lazım bilir. O hesab edir ki, məhkəmələrdə mütləq psixoloq olmalıdır: “Belə təcrübə inkişaf etmiş ölkələrin çoxunda var. Amerika, Türkiyə və digər ölkələrdə ailə üzvləri boşanmaq üçün məhkəməyə müraciət etdikdə, əvvəlcə onlarla psixoloqlar danışır. Bu da çox zaman aradakı problemlərin həll edilməsilə nəticələnir. Narazılıq aradan qalxır. Bizdə isə bunu çox vaxt ağsaqqallar, ağbirçəklər həll edir”. Doğrudan da, Azərbaycanda ailə qurulan zaman və boşanma prosesində ailə üzvləri psixoloqa müraciət etmir. Milli adət-ənənəyə görə, belə hallarda Azərbaycanda işə yaşlılar qarışır. Bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiriGülnarə Məmmədovabildirmişdi ki, Azərbaycanda ailə məsələlərində gənclərin məsləhətləşmələr aparmaq üçün rayon icra hakimiyyətlərinin nəzdində Ağsaqqallar və Ağbirçəklər Şurası fəaliyyət göstərir. Lakin bütün səylərimizə baxmayaraq, biz bu qurumla əlaqə saxlaya bilmədik. Bundan əlavə, əlaqə saxladığımız bir çox rayon icra hakimiyyətlərində ümumiyyətlə Ağsaqqallar və Ağbirçəklər Şurası haqqında məlumatsız olduqlarını bildirdilər. Azərbaycanda kişi qadını nə vaxt boşaya bilməz? HüquqşunasRuslan Vəliyevqanunvericiliklə kişilərə boşanmaq üçün yalnız bəzi hallarda məhdudiyyətlərin qoyulduğunu deyir. Məsələn, əgər qadın hamilədirsə, uşağın doğulub bir yaşına çatmasına qədər kişi qarşılıqlı razılıq olmadan boşana bilməz. Amma qadın istənilən vaxt boşana bilər. Boşanma zamanı ən çox qadınlar əziyyət çəkir Ekspert boşanma zamanı ən çox qadınların əziyyət çəkdiyini deyir. Boşanmaq üçün kişilər daha çox müraciət etdiyini deyən Ruslan Vəliyev bu hallarda qadınların vəziyyətinin çətinləşdiyini vurğulayır. Hüquq müdafiəçisi boşanma zamanı əsas problemin qadınların təzminat ala bilməməsində görür. Belə ki, uşağa görə qadına aliment verilməlidir. Bəzi hallarda qadın kişidən təzminat da ala bilər. Məsələn, əgər qadın kişinin ucbatından əlil olubsa, yaxud müəyyən ziyan görübsə, o zaman ondan təzminat ala bilər. Yaxud da, qadın kişiyə görə işdən çıxıbsa, o zaman işlədiyi müddətdə aldığı məvacibin məbləğini 2 il müddətində kişidən ala bilər. Lakin boşanma zamanı qadın hüququnu bilmədiyinə görə, heç bir şey ala bilmir. Ekspert şahidi olduğu bir çox boşanma hallarında qadınların uduzduğunu deyir. “Yalnız bir dəfə bir boşanma prosesində qadının iddiası təmin olundu. Onun yoldaşı qadının istəyinə zidd olaraq boşanma ərizəsi vermişdi. Qadın isə ərinin ucbatından ayda 400 manat qazancı olan işdən çıxmışdı. Qadın işsiz qaldığı üçün məhkəməyə müraciət etdi. Biz iddia qaldırdıq və məhkəmədə udduq. Məhkəmə qərar çıxartdı ki, kişi 2 il müddətində qadına ayda 200 manat pul versin. İddia təmin olundu. İndi qadın 4 aydır bu pulu bankların birində açılan hesabdan götürür”. Ruslan Vəliyev boşanmaya səbəb olan amillərdən birinin də erkən nikahlarla əlaqəli olduğunu deyir. Bir çox regionlarda qızları yetkinlik yaşına çatmamış ərə verirlər. Bu da bəzən qızın həyatı dərk etmədən, savad almadan ərə gedərək qula çevrilməsilə nəticələnir. Məhz bu səbəbə görə, Milli Məclisdə nikah yaşının artırılması ilə bağlı qərar qəbul olunub. Ekspert əmindir ki, bu qanun qüvvəyə minəndən sonra boşanmaların sayı azalacaq. Xatırladaq ki, Azərbaycanda əvvəllər qadınlar üçün nikah yaşı 17, istisna hallarda isə 16 olub. Dəyişiklikdən sonra isə bu hədd 18 olub. Lakin hələ də, ucqar kəndlərdə qızları yetkinlik yaşına çatmadan ərə verirlər. Bu zaman qanunla qadağan olunduğu üçün rəsmi dövlət nikahı bağlanmır. Sadəcə hansısa mollaya gedib kəbin kəsdirirlər. Necə deyərlər, “3 manat pul, bir kəllə qənd, vəssalam...”. Bu da sonradan ailədə problemlərin yaranmasına səbəb olur və ailənin dağılması ilə nəticələnir. Burada da, çox vaxt yenə qadın zərər çəkir. Azərbaycanda rəsmi nikahı olmayan cütlüyün molla kəbinin kəsilməsi qadağandır Əslində Azərbaycanda mollanın ixtiyarı yoxdur ki, rəsmi dövlət nikahı olmadan kəbin kəssin. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəriRəhimə Dadaşovabildirdi. “QMİ-nin rəsmi vəsiqəsi olmayan şəxslərin kəbin kəsməyə ixtiyarı yoxdur. İdarə bütün din xadimlərinə fətva verib ki, rəsmi dövlət nikah qeydiyyatı olmayan insanların kəbinini kəsməsin. Bu fətvanı kim pozarsa, onda həmin din xadimi cəzalandırılır. Amma bizim attestasiyadan keçib, kəbin kəsmək üçün xüsusi vəsiqəsi olmayan din xadimləri də var. Əslində, onların kəbin kəsməyə ixtiyarı yoxdur. QMİ ucqar kəndlərdə qeyri-qanuni kəbin kəsməklə məşğul olan insanlara cavabdeh deyil”. Rəhimə Dadaşova bununla bağlı mübarizə aparıldığını və rəsmi nikah olmadan kəbin kəsən din xadimləri aşkarlandıqda, onlar barədə ciddi tədbirlər görüldüyünü deyir. Sonda arzu edərdik ki, Azərbaycanda elə bir vəziyyət yaransın ki, ailələrində hər kəs “Boşanmıram, əl çəkin” desin!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR