Bütün dünyada botoks böyük maraqla qarşılanır. Saxta botoks bazarı sürətlə inkişaf edir. Saxta dərmanları ayırd etmək çətindir.
AZXEBER.COM-un məlumatına görə, prosedur zamanı lazımi şərtlər yerinə yetirilməzsə, gözlərdə qaralma, görmə itkisi kimi problemlər də yaranır.
Saxta botoksdan istifadənin nəticələri bunlarla məhdudlaşmır. Botoksdan sonra dünyasını dəyişən xəstələr də var.
Bəzi yerlər gözəllik deyil, ölüm mərkəzi olur. Mütəxəssislər xəbərdarlıq edir ki, botoksu bazardakı dəyərindən aşağı edən yerlərdən uzaq durmalısınız.
Botoksun doğru xəstə ilə doğru həkim görüşdüyündə çox yüksək səviyyədə xoşbəxtlik yaradan bir tətbiq olduğunu ifadə edən həkim Cem Hemidi vətəndaşlara məsələ ilə bağlı xəbərdarlıq edib.
-İlk növbədə proseduru etdirdiyiniz şəxsin həkim olduğundan əmin olun.
-Qiymət qeyri-adi dərəcədə ucuzdursa, bundan mütləq çəkinməlisiniz. Yanlış məhsulla səhv tətbiq olunarsa, prosedur sadəcə qeyri-adekvat kosmetik nəticə ilə nəticələnə bilər.
-Çox ciddi tənəffüs problemlərindən tutmuş reanimasiyaya qədər ciddi problemlər yarada bilər.
-Saxta və ya qeyri-qanuni botoks istifadə edildikdə insanda allergik reaksiyalar yarana bilər. Bu reaksiyalar bir neçə dəqiqə ərzində və ya bir neçə gündən sonra baş verə bilər.
-Botoksun tətbiq olunduğu bölgələrdə şişlik, qızartı, ağrı, yanma, hətta bəzi allergik şəxslərdə allergik reaksiyalar və ya bütün bədənə yayılan səpgi kimi tökülmələr meydana gələ bilər.
Ayşən