“Bozbash Pictures” komandasına ağır itki

“Bozbash Pictures” komandasına ağır itki
MAQAZİN
21:50 18.07.2018
10647
"Bozbash Pictures”in filmlərində "Təzəgül” obrazını canlandıran Asya xanım dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İlkin Həsəni sosial şəbəkə hesabında yazaraq məlumat verib. O, Asya xanımın bu dəqiqələrdə dünyadan köçdüyünü bildirib:

"Elə indilərdə aldığım məlumata görə, komandamızın sevimlisi, "Şəminin "Təzəgüliçkası”, ətrafa pozitivlik saçan nənəmiz Asya xanım dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə, övlad və nəvələrinə baş sağlığı diləyirəm.

Yas mərasimi 20 İyulda İmişlinin Bəhramtəpə qəsəbəsində keçiriləcək.Bir daha Allah rəhmət eləsin!”

OXŞAR XƏBƏRLƏR