“BP Azerbaijan” şirkətinə yeni vitse-prezident təyin edilib

İQTİSADİYYAT
17:30 04.12.2013
1568

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Regionuna dəniz əməliyyatları üzrə yeni vitse-prezident təyin olunub.

“BP-Azerbaijan” şirkətindən AZXEBER.COM-a verilən məlumata görə, yeni vitse-prezident Toni Hant vəzifəsinin icrasına dekabrın 15-dən başlayacaq.Bu vəzifədə Toni bütün AGT regionunun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.Bu təyinat AGT Regionunda 4 il dəniz əməliyyatları üzrə vitse-prezident işləmiş Mark Tomasın Hyustonda yerləşən texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmasından sonra verilib.Qeyd edək ki, yeni vitse-prezident Lester Universitetindən riyaziyyat üzrə bakalavr dərəcəsinə və Aberdində yerləşən Robert Qordon Universitetindən dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir.BP şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb.O, Azərbaycandakı vəzifəsinə hazırda Luandada tutduğu sualtı əməliyyatlar üzrə menecer vəzifəsindən təyin edilib.

OXŞAR XƏBƏRLƏR