''BP-Azərbaycanın'' rəhbəri dəyişdi

İQTİSADİYYAT
13:08 02.11.2012
2096
BP bu gün Rəşid Cavanşirin Londonda BP-nin Strategiya və İnteqrasiya bölümü üzrə baş vitse-prezidenti təyin olunduğunu elan edib.
AZXEBER.COM-un məlumatına görə, Rəşid Cavanşir 2009-cu ilin sentyabr ayından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionundakı biznesinə rəhbərlik edir.Rəşid Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək. Qordon öz yeni vəzifəsinin icrasına bu il noyabr ayının 15-dən başlayır.Qordon Birrell hazırda BP-nin Hasilat bölümü üzrə Texniki Təhlükəsizlik və Əməliyyat Riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir.BP-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayar deyib: “Biz Rəşidi Londona elə bir vəzifəyə aparırıq ki, onun böyük təcrübəsindən bu regiondan da geniş miqyasda və BP-nin ümumi biznesi xeyrinə istifadə edə bilək. Biz Rəşidə BP-nin Azərbaycandakı biznesinə rəhbərliyi və Azərbaycandakı, həmçinin regiondakı uğurlarımıza doğru müstəsna qətiyyətinə görə təşəkkür etmək istərdik. Biz qəti şəkildə o niyyətdəyik ki, ARDNŞ, hökumət və tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı uğurlarımızı davam etdirək. Buna nail olmaq üçün diqqətimizi işlərimizin təhlükəsiz şəkildə həyata keçirilməsinə, hasilatın maksimallaşdırılmasına və iş icrasının intensivləşdirilməsinə cəmləşdirməkdə davam edəcəyik. Bir təcrübəli rəhbər və bizim Azərbaycandakı geoloji-kəşfiyyat layihələrimizdə iştirak etmiş birisi kimi Qordon bizim buradakı uğurlu tərəfdaşlığımızı davam etdirəcək. Buna uzunmüddətli biznes planlarımızın, xüsusilə də hazırda tərəfdaşlarımız və Azərbaycan hökumətilə birgə işlənən ACG hasilatının uzunmüddətli stabilləşdirilməsi ilə bağlı planın həyata keçirilməsi yolu ilə nail olunacaq.Mən Rəşidə və Qordona öz yeni mühüm rollarında uğurlar arzulayıram.”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb