BP şirkəti təhsilə dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinə xüsusi təqaüdlər verəcək. Şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının verdiyi məlumata görə, təqaüd iyunun 28-də Bakı otellərindən birində baş tutacaq tədbirdə ən yüksək bal toplamış I və II kurs tələbələrinə veriləcək. Onun sözlərinə görə, hər il keçirilən ənənəvi təqaüd proqramında bu il tələbələrin sayında müəyyən fərqlər gözlənilir.