BP ilə imzalanan yol xəritəsi planının mahiyyəti açıqlandı - VİDEO
İQTİSADİYYAT
14:35 02.02.2013
1970
BP şirkətilə imzalanan yol xəritəsi planının mahiyyəti açıqlanıb. Bu barədə məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev xəritəyə əsasən görüləcək işlərdən danışıb.“Bu bir yol xəritəsidi. Bu həm Şahdəniz layihəsi, həm 2013 cü il büdcəsi, həm Cənubi Qafqaz boru kəmərinin işlənməsi, həm də TANAP layihəsidir. Bu böyük bir kompleks məsələlərdi ki, Şahdəniz layihəsinin Xəzər dənizindən başlamış investisiyalar Avropada qurtaran boru xətlərindən qurtaran investisiyalar və alıcılarla danışığa kimi hər şey o paketin içindəydi və bu məsələlərə artıq baxıldı”.Xatırladaq ki, hazırda "Şahdəniz" layihəsinin 2-ci mərhələsi çərçivəsində çıxarılacaq Azərbaycan qazının Avropaya nəqli ilə bağlı iki variant - TAP və Nabukko layihələri nəzərdən keçirilir.Qazın nəqli üçün iki kəmərin seçiləcəyi ilə bağlı avropalı ekspertlərin fikirlərinə münasibətini açıqlayan Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazının Avropaya nəqli üçün yalnız bir boru kəməri seçiləcək: "Bu kəmərlərin ikisi də eyni vaxtda işləyə bilməz. Çünki bu layihə çərçivəsində 2018-ci ildə Avropaya 10 milyard kubmetr qazın ixrac edilməsi nəzərdə tutulur”.