BP şirkəti azərbaycanlı işçiləri təhqir edir - OXUCU MƏKTUBU

İQTİSADİYYAT
16:00 05.12.2012
4772
1news.az saytında BP şirkəti barədə tənqidi material dərc ediləndən sonra şirkətə sözügedən məsələ ilə bağlı oxucu məktubu daxil olub. O, şirkətin işinə daxildən nəzər yetirən biri kimi, problemin mahiyyəti ilə bağlı düşüncələrini məqalə şəklində ifadə edib. Həmin məqaləni diqqətinizə çatdırırıq. “Bu məqalə daha çox BP şirkətində hökm sürən əxlaqi-etik ab-hava haqqındadır, məhz bu ab-hava nəticəsində işgüzar tərəfdaşlıq qaydalarının təhrif olunmasına şərait yaranıb. Bu isə nəticə etibarilə, Azərbaycanın hasilatdakı payının kəsilməsinə gətirib çıxarıb. Dövlət nümayəndələri BP ilə əsasən təntənəli mərasimlərdə və müşavirələrdə görüşüblər, həmin tədbirlərdə dövlətin “tərəfdaşları” Azərbaycana yeni texnologiyalar gətirən və Azərbaycan xalqını çox sevən “böyük qardaşın” – Britaniya “xeyirxah”ının işıqlı və parlaq obrazını yaratmağa çalışırdılar. Lakin konsorsiumun işinə cəlb edilən milli kadrlar gündəlik ünsiyyət səviyyəsində isə tamam başqa mənzərə ilə qarşılaşmalı olurdular. İkili standartlar, riyakarlıq, azərbaycanlılara qarşı açıq-aşkar qərəz və ikrah, eləcə də irqçilikdən başqa heç cür başqa bir adın qoyula bilməyəcəyi davranışlardan ibarət bir mənzərə...”, deyə oxucu qeyd edib. O bildirib ki, BP-nin britaniyalı əməkdaşları yerli işçiləri təhqir etməkdən belə çəkinməyib: “Hələ 2000-ci ildə operatorluq işi BP-nin əlinə yeni-yeni keçməyə başlayanda, əslən britaniyalı olan və “ekspatriate” adlanan əcnəbi əməkdaşların yazışmaları təsadüfən yerli işçilərin əlinə keçmişdi: - Bu yerliləri görən gözüm yoxdur, - deyə, hansısa “madam” öz dostuna belə yazmışdı - onlar bütün günü ofisdə öz dillərində danışanda dözə bilmirəm. - Mənim isə sadəcə olaraq, onlardan zəhləm gedir- qadının həmsöhbəti də ona cavabında yazmışdı, - bilirsən, onlar demək olar ki, heç qəhvə içmirlər, bütün günü ancaq çay içirlər. Mətbəxin yanında yığışıb öz dillərində nəsə danışırlar. İyrəncdir. - Onların hamısını ofisdən kənarlaşdırsaydılar, lap əla olardı”. Eynilə bu məzmunda davam edən bir yazışma... Sən demə, yalançı təbəssümlərin və “BP-nin vahid komandası” kimi saxta şüarların arxasında az qala irqi ayrı-seçkilik gizlənirmiş, həm də bu qərəzli qıcıq hətta azərbaycanlıların danışıq səsləri və yerli əməkdaşların qəhvə əvəzinə çay içmək istəyinə qarşı da böyük imiş...”, deyə oxucu yazıb. Oxucu məktubunda qeyd edib ki, əcnəbi əməkdaş lap elə ofisin içində yerli əməkdaşlardan olan xanımın başına bir stəkan suyu tökəndə və öz həmyerliləri bu mənzərəni görüb gülməkdən qəşş edəndə, heç kim məsələyə aydınlıq gətirilməsini belə tələb etməmişdi. “Yaxud digər bir “ekspat” boş, heç kimin olmadığı otaqda namaz qılan yerli əməkdaşa “dur, rədd ol burdan, bədbəxt mövhumatçı!” deyə bağıra bilər”, - məktubda deyilir. Daha sonra oxucu məktubunda bildirib ki, BP-nin yaratdığı belə bir mühitdə “başqa yerdən gələn” yanında namaz qılan və dua edən müsəlmanı görəndə yerli adət-ənənələrə hörmət etməyi nə üçün lazım bilməli idi ki? Oxucu həmçinin qeyd edib ki, yerli işçilər hər zaman şirkətdən şikayətləniblər: “Şirkətin yerli işçiləri arasında yaranan narazılıqlar isə heç vaxt siqaret çəkmə yerlərində onların deyinə-deyinə danışmaqlarından o yana getməyib - hər kəs yaxşı pulun verildiyi, doyumlu qidanın təmin edildiyi, öz bildiyini edən kapitanın rəhbərlik etdiyi “gəmi”nin göyərtəsindən kənarda qalmaqdan qorxur. Azərbaycan vətəndaşları qorxularının və ehtiyatlı davranmaq səylərinin heç də əsassız olmadığının dəfələrlə şahidi olublar, çünki əcnəbi işçinin şirkətdə törətdikləri onun üçün hər hansı danlaqsız və xətasız ötüşə bilib, fəqət hər hansı hadisənin törədilməsi ilə bağlı cüzi şübhə belə yerli əməkdaşlar üçün açıq-aydın hədə və danlaq bəhanəsinə çevrilib. Məsələn, uzun müddət birgə müəssisəni himayə edən “ekspat” onu BP ilə sərfəli müqavilələrə təşviq edərək və təbii ki, oz xeyrini də nəzərə alaraq açıq şəkildə korporativ qaydaların pozulmasından sonra hər hansı bir daxili və ya xarici təqib olmadan “qazandıqlarını” öz ölkəsinə köçürərək sakit və xəlvətcə buradan gedə bilərdi. Lakin yerli əməkdaş təkcə oxşar davranışlarda şübhəli bilinən kimi bütün heyətə aid edilən daxili göstəriş və səs-küylə işdən qovuldu, ardınca əxlaqi mətnlər yazıldı və bununla yanaşı onların yerli insanlara ünvanlandığı da gizlədilmədi. Xoşbəxtlikdən, Azərbaycanın BP-də sıxışdırılan bütün vətəndaşları səssiz qalmadı. Onlar vaxt, əsəb və sağlamlıqlarını sərf edərək öz təmiz adlarını saxladılar və nəhayət işə bərpa olunmağı bacardılar. Lakin, əlbəttə ki, bununla yanaşı heç kim onlardan üzr istəmədi və mənəvi ziyan vurduğuna görə onlara təzminat ödəmədi. Konsorsium üzərində idarəçilik əldə edən BP məqsədyönlü və maneəsiz olaraq ikili standart mühit yaratdı ki, burada əcnəbilər heç zaman səhvə yol verməyən qüsursuz məxluq aurası ilə əhatə olundular, istehsalatda bütün bədbəxt hadisələr isə yerli heyətin ayağına yazıldı…”. Oxucu Səngəçal Neft Terminalında baş verən bədbəxt hadisə haqda yazıb: “Bu baxımdan Səngəçal Neft Terminalında tikinti işləri zamanı baş verən faciəvi hadisəni göstərmək olar. O zaman qayqançı, yerli podratçı qaynaq zamanı borunun içində diri-diri yanmışdı. İş layihə cədvəlinin təzyiqi altında tələsik aparılırdı, bütün risklər nəzərə alınmamışdı və bütün təhlükəsizlik tədbirləri müəyyən edilməmişdi. Borunun içərindən təmiri barədə qərar işçi briqadanın rəhbərliyi tərəfindən qəbul olunmuşdu və guya əvvəllər bu kimi işlər yerinə yetirən qaynaqçı tapılmışdı. Lakin tikintidə əmək təhlükəsizliyi sisteminə görə hərtərəfli və birbaşa məsuliyyət yüksək vəzifəli “ekspat”ın simasında layihə müdriyyətinin üzərinə düşürdü. Amma insidentin təhqiqi bir qərarla yekunlaşdı - bütün bunlar qaynaqçının axmaqlığı üzündən baş verib. Layihə rəhbəri hadisənin müzakirəsi həsr olunmuş toplantılarda bunu məhz belə də adlandırdı - belə hərəkətlər guya yerli insanlara xasdır, hamıya nəzarət etmək mümkün deyil. Cəzasızlıq və tamhakimiyyətlilik hissi elə bir həddə gəlib satdı ki, BP şirkətin təkcə Britaniyada deyil, ümumiyyətlə dünyanın istənilən ölkəsində cürət edib düşünə bilməyəcəyi xüsusi cəza və təhdid üsulları icad etməyə başladı. Başqa ölkələrdə şirkəti insan haqlarına sui-qəsdə görə məhkəmələrə sürükləyərdilər. Lakin Azərbaycan vətəndaşlarının taleyinin öz əlində olduğuna əmin olan BP şirkəti “qara siyahı” adlandırılan təcrübə keçirdi. Yerli sakinlərin sırasından heç vaxt ikili standartlara qarşı çıxmağa cürət etməyən onlarla keçmiş əməkdaş və podratçının adı və soyadı bura salındı. Əməkdaş yaxud podratçılar işdən çıxarılan zaman Bakıda yerləşən onlarla digər şirkətlər BP-nin kadrlar şöbəsi vasitəsilə onların ad və soyadlarının qeyd olunduğu “qara siyahı”nı və onların işə götürülməməsinə dair tələb əldə edirdilər”. Oxucu həmçinin yerli işçilərlə xarici işçiləri də müqayisə edib və deyib ki, şirkətdə hər zaman işçilərə fərq qoyulub: “İkili standartlardan danışarkən tamamilə təqdirəlayiq olan mövzuya toxunmasaq olmaz. Britaniya şirkətinin Azərbaycanda işləməyə gələn xarici vətəndaşlarının maddi və maliyyə cəhətdən təminatı BP-nin işgüzar həyatında xüsusi yer tutur. Çətin ki müstəqil respublikanın vətəndaşları ölkəyə gələn əcnəbilərin “müqavilə paketinin” neçə maddə və müddəa üzərində qurulduğunu bilsin. Ayda 15-20 min dollar nəzərdə tutulan baza əmək haqqısı “üçüncü ölkədə işləmək”, “regionun stabil olmaması”, ölkənin “müharibə şəraitində olması”, “başqa dildə danışan mühit” (ingilisdilli olmayan) və “ekoloji stress”ə (Başqa coğrafi mühitdə) görə faizlə artır. Beləliklə, “ekspat”ın əlinə verilən yekun əmək haqqı 25-30 min dollara çatır. Əlbəttə ki, konsorsiumun tətbiq etdiyi cəzalar hesabına.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir