Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, BQXK-nin həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq:
"Ehtiyacı olan insanlara dəstəkyönlü işlərimiz davam etdiriləcək".