Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
"Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 7 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.
Bundan başqa, Rusiya sülhməramlılarına məxsus daha beş avtomobilin aksiya keçirilən ərazidən hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində aksiya keçirilən ərazidən maneəsiz hərəkət edən avtomobillərin sayı 43-ə çatıb.