"Brügge"nin futbolçusu: ""Qarabağ"ı darmadağın edəcəyik"

İDMAN
13:19 27.07.2011
1877
Apasport.az saytının məlumatına görə, komandanın yeni transferi Lior Refailov sabahkı qarşılaşma haqda fikirlərini açıqlayıb.

İsrail millisinin üzvü olan 25 yaşlı yarımmüdafiəçi qələbə qazanacaqlarına o qədər əmindir ki, bunun hansı hesabla olmasından “dəm vurub”. Ötən ay Hayfa “Makkabi”sindən 2,5 milyon avro, üstəgəl gələcəkdəki transferinin 15 faizinə transfer olunan futbolçu debüt matçında böyük hesab arzusundadır: “Yaxşı olardı ki, qazanacağımız qələbə 2 və ya 3 top fərqi ilə olsun”.

OXŞAR XƏBƏRLƏR