Brad Pitt-in yeni filmi rekord qırdı

Brad Pitt-in yeni filmi rekord qırdı
DÜNYA
15:13 01.07.2025
277
Brad Pitt-in baş rolda oynadığı və Formula 1 mövzusunda çəkilən "F1: The Movie” ilk həftəsində zirvəyə yüksələrək Apple Stüdyolarının indiyə qədərki ən uğurlu kinoteatr açılışını edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 200 milyon dollarlıq büdcəyə malik film, Şimali Amerikada 3 min 600-dən çox kinoteatrda nümayişə girib və cəmi ilk günlərdə 25 milyon dollar gəlir əldə edib.

Apple TV+ üçün nadir hallarda kinoteatrlarda nümayiş etdirdiyi bu film ümumilikdə 140 milyon dollar açılış gəliri ilə şirkət üçün tarixi uğur sayılır. Bu nəticə Brad Pitt-in əvvəlki "World War Z” filmindəki rekordunu da geridə qoyub.

Tənqidçilər və tamaşaçılar tərəfindən müsbət qarşılanan film, "Top Gun: Maverick”in rejissoru Joseph Kosinski və prodüser Jerry Bruckheimer-in yeni uğuru hesab olunur. Pitt filmində 30 il sonra F1-ə qayıdan pilotu canlandırır. Layihəyə Lewis Hamilton da həm aktyor, həm də prodüser kimi qatılıb.

Digər tərəfdən, "Megan 2.0” (M3GAN 2.0) gözləntiləri doğrultmayaraq həftəyə 4-cü sırada başlayıb. Reytinqin üst pillələrində "Ejderhanı Necə Əhliləşdirməli” və "Elio” kimi filmlər yer alıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR