Branimir Subaşiç: Bakıda dostumla şərikli restoran açmışam

İDMAN
16:55 05.01.2012
1601
“Bakıda dostumla şərikli restoranı açmışam. Oyunlardan sonra tez-tez “Balkan”a yığışırıq”. Bu sözləri Azərbaycan millisinin və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib.
30 yaşlı hücumçu vətəni Serbiyada verdiyi müsahibədə Azərbaycanda çıxış edən həmyerlilərinin bir araya yığışdığı məkanın varlığından bəhs edib: “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç, həmçinin Boyan Pavloviç, Stevan Bates də ora baş çəkirlər. Tanınmış voleybol məşqçisi Zoran Qayiç də tez-tez gəlir. Azərbaycanda son vaxtlar futbola böyük vəsaitlər qoyulur. Xüsusilə, voleybola diqqət artıb. Bu da legionerləri cəlb edir. Futbolçularla müqavilələrin məbləği çox yüksəkdir, hətta 2 milyona avroya yaxın olanlar da var”.
Pavloviç “Qarabağ”, Bates “Bakı”da çıxış edir, Qayiç isə qadınlardan ibarət “Rabitə” voleybol klubunun baş məşqçisidir.
Qeyd edək ki, Subaşiç “Balkan” restoranını vaxtilə “Neftçi”də birgə oynadığı Vladimir Miçoviçlə birgə işlədir. /// apasport

OXŞAR XƏBƏRLƏR