"BRAVO Supermarketlər Şəbəkəsi" İsmayıl Hidayətzadə küçəsində yeni mağazasını açdı!

"BRAVO Supermarketlər Şəbəkəsi" İsmayıl Hidayətzadə küçəsində yeni mağazasını açdı!
İQTİSADİYYAT
20:00 24.07.2025
579
Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO daha bir ünvan üzrə fəaliyyətə başlayır. İsmayıl Hidayətzadə küçəsi 130-da yerləşən yeni mağaza 7/24 rejimində müştərilərə xidmət göstərəcək.

Bu filialın açılması "Bravo"nun genişlənmə strategiyasının tərkib hissəsidir. Məqsədimiz gündəlik ehtiyaclarını qarşılamaq üçün müştərilərimizə daha da yaxın olmaq, onlara yüksək xidmət və keyfiyyətli məhsulları əlçatan etməkdir. Yeni mağaza müasir dizaynı, rahat alış-veriş mühiti və zəngin məhsul seçimi ilə seçiləcək.

Açılışa özəl: 500 məhsula 50 %-ə qədər xüsusi endirim!

Yeni mağazanın açılışı münasibətilə Bravo müştərilərini yalnız bu mağazaya məxsus kampaniyalar gözləyir! Açılışa özəl olaraq xüsusi endirimi yüksək olan məhsullarla yanaşı, 500-dən çox məhsula da möhtəşəm endirimlər tətbiq olunacaq. Alıcılar geniş çeşiddə məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı qazanacaqlar. Aksiyalar açılış günündən etibarən müəyyən müddət ərzində davam edəcək.

Geniş məhsul çeşidi və yüksək xidmət!

Yeni filialda müştərilərə təzə meyvə-tərəvəz və ət məhsulları, süd və gündəlik tələbat malları, gigiyena vasitələri, uşaq məhsulları və yerli/xarici brendlərdən minlərlə məhsul təqdim olunacaq. Mağazada həmçinin "Bravo Club" kart istifadəçiləri üçün əlavə güzəştlər və kampaniyalar aktiv olacaq.

24 saat fasiləsiz xidmət və rahatlıq

Bravo-nun bu filialı gecə və gündüz fasiləsiz işləyəcək, beləliklə istənilən vaxt alış-veriş etmək imkanı yaradacaq. Mağaza peşəkar əməkdaşlar, sürətli kassalar və müasir infrastrukturla təchiz edilib. İsmayıl Hidayətzadə ərazisində yaşayan sakinlər üçün bu mağaza həm yaxınlıq, həm də keyfiyyət baxımından üstün seçim olacaq.

"Bravo" haqqında:

BRAVO, 2016-cı ildən etibarən Azərbaycanın pərakəndə satış sektorunda ilk hipermarket təcrübəsini təqdim etməklə, ölkəyə modern marketçilik ənənəsini gətirib. 4 format (Hiper, Super, Market və Ekpress) zəngin məhsul çeşidi, münasib qiymətlər və güclü müştəri yönümlü strategiya BRAVO-nu minlərlə insanın gündəlik etibarlı alış-veriş ünvanına çevirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
13:31 26.07.2025
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
13:27 26.07.2025
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır