BRAVO supermarketlər şəbəkəsi müştəri məmnuniyyətinin artırılması, alış-veriş təcrübəsinin rəqəmsallaşdırılması və innovativ marketçilik standartlarının inkişafı istiqamətində daha bir mühüm addım atıb.
AZXEBER.COM xəbər verir ki, şirkət bu gündən etibarən yeni BRAVO mobil tətbiqini istifadəyə verərək pərakəndə sektorunda "yeni rəqəmsal ERA” başlatdığını elan edir.
Yeni tətbiq Bir ekosisteminin Bir Bonus loyallıq proqramına inteqrasiya olunub.
Qeyd edək ki, Bir ekosistemində olan Birbank, M10 və Birmarket tətbiqlərinin vahid
kabineti vasitəsilə istifadəçilər
bütün bonuslarını rahat şəkildə izləyə, idarə edə və istədikləri zaman istifadə
edə bilirlər. BRAVO-nun yeni tətbiqi Bir ekosisteminin
funksionallığını daha
da genişləndirərək müştərilərə yeni, unikal rəqəmsal təcrübələr yaşadacaq.
Rəqəmsal dönüşümün yeni mərhələsi: BRAVO Tətbiqinin üstünlükləri
20 noyabr 2025-ci ildən etibarən BRAVO mobil tətbiqini yükləyən istifadəçilər
alış-veriş prosesini daha rahat, daha sürətli və daha fərdiləşdirilmiş edən
geniş imkanlardan yararlana biləcəklər:
• Fərdiləşdirilmiş kampaniyalar – Alış-veriş davranışlarına uyğun avtomatik fərdə özəl yaradılan təkliflər
• Rəqəmsal kuponlar – Kassada kod göstərməklə dərhal istifadə edilə bilən fürsətlər
• Tətbiqə özəl təkliflər – Yalnız BRAVO tətbiqi üzərindən keçərli endirim və kampaniyalar
• Lotereyalar – Müxtəlif brendlərlə birgə keçirilən aksiyalarda iştirak imkanı
• Bonuslar və sadiqlik mexanizmləri – Hər alış-verişdən qazandıran çevik bonus sistemi
• Mini-oyunlar və interaktiv fürsətlər – Həm əyləncə, həm də qazanmaq imkanı yaradan oyunlar
Bu funksiyalar BRAVO-nun "modern marketçilik” vizionunun tərkib hissəsi olmaqla yanaşı, şirkətin rəqəmsal dönüşüm strategiyasını bir qədər də gücləndirir.
Məqsəd — müştərilərə daha çevik, daha rahat və innovativ alış-veriş mühiti təqdim
etməkdir.
Tətbiqin yüklənməsi – daha çox fürsət, daha çox qazanclar
QR kod vasitəsilə tətbiqi dərhal yükləyərək siz də BRAVO-nun yeni rəqəmsal imkanlarından yararlana və eksklüziv təkliflərə çıxış əldə edə bilərsiniz.










































