Braziliya azarkeşi 1:7-dən sonra intihar etdi

DÜNYA
13:43 10.07.2014
2233
Dünya çempionatının yarımfinalında üz-üzə gələn Braziliya-Almaniya oyunundan sonra intihar hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, Braziliya yığmasının azarkeşi 10-cu sinif şagirdi Praqya Thapa özünü yaşadığı evin tavanından asaraq öldürüb.
Qızın cəsədi anası tərəfindən tapılıb. Cəsəd ekspertizaya göndərilib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, iyunun 9-da dünya çempionatının yarımfinal mərhələsində Braziliya yığması Almaniya millisi ilə qarşılaşmışdı. "Alman maşını" “sambaçı”ları 7:1 hesabı ilə məğlub etmişdi. Bu ölkədə kəskin etirazlara səbəb olmuşdu. Hətta azarkeşlər bəzi futbolçuları döyməyə də cəhd etmişdi.
OXŞAR XƏBƏRLƏR