"Fluminense"nin müdafiəçisi Marselo Libertadores kubokunun 1/8 finalında "Argentinos Juniors"la keçirilən matçda rəqib futbolçusunun ayağını qırıb.
Braziliyalı müdafiəçi ehtiyatsızlıqdan Lusiano Sançesin ayağını sındırıb.
Hadisədən sonra Marselo birbaşa qırmızı vərəqə alıb. Brazilyalı meydanı göz yaşları içində tərk edib.
Marselo oyundan sonra sosial şəbəkə hesabındakı paylaşımında peşmanlığını ifadə edib.
Qeyd edək ki, oyun 1:1 hesabla başa çatıb.
Sözügedən görüntüləri təqdim edirik:
///baku.ws