Braziliyada fırtına olub, ölənlər var

Braziliyada fırtına olub, ölənlər var
DÜNYA
18:09 30.08.2026
199
Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında fırtına və güclü yağışlar nəticəsində azı iki nəfər həlak olub.

"Xinhua" agentliyi xəbər verir ki, bu barədə Braziliyanın Mülki Müdafiə Dövlət Xidməti bildirib.

Qurbanlar şərq ştatındakı Porto Alegredə aşan ağacın altında qalan səkkiz yaşlı uşaq və cənubdakı Arroyo Qrandedə avtomobilini daşqınların apardığı 72 yaşlı kişidir.

Fırtına cümə axşamından şənbə səhərinə qədər 21 bələdiyyəyə zərbə vurub. Ən çox ziyana məruz qalan təxminən 1 000 ev doludan zərər çəkdiyi şimaldakı Tres-Palmeyrasdır. Braziliyanın Uruqvayla qərb sərhədi yaxınlığındakı Quarai bələdiyyəsinin hakimiyyət orqanları dolunun 349 evə ziyan vurmasından sonra fövqəladə vəziyyət elan edib. Ölkənin şimal-şərqindəki Serra-Qauça bölgəsində 197 evə ziyan dəyib.

///report///
OXŞAR XƏBƏRLƏR