Braziliyada məktəbdə atışma: 1 ölü, 3 yaralı

Braziliyada məktəbdə atışma: 1 ölü, 3 yaralı
DÜNYA
11:38 24.10.2023
157
Braziliyanın San-Paulo şəhərində 15 yaşlı tələbə qız Sapopemba dövlət məktəbinə silahlı hücum edib. 

AZXEBER.COM xarici mətbuat əsasən xəbər verir ki, səlahiyyətlilər, cinayətkarın bu hücumu bir həftə əvvəl sosial media hesabında açıqladığını və bunu digər tələbələri "sevmədiyi" üçün həyata keçirəcəyini bildirib. Cinayətkar polis tərəfindən həbs edilib.

Məktəbin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınan hücumda maskalı cinayətkarın sinif otağına girərək təsadüfi tələbələrə atəş açdığı, pilləkənlərdən enən qızın arxasından yaxınlaşaraq onu başından silahla vurduğu görülüb. 
 
Hücum zamanı 1 tələbə ölüb, 3 tələbə yaralanıb. 

Qeyd edk ki, bu San-Pauloda 2023-cü ildə baş vermiş ikinci belə hadisədir. 

Aysel
OXŞAR XƏBƏRLƏR