Braziliyada şiddətli yağış nəticəsində ölənlərin sayı artdı

Braziliyada şiddətli yağış nəticəsində ölənlərin sayı artdı
DÜNYA
11:13 25.02.2026
300
Braziliyada fevralın 23-dən etibarən davam edən güclü yağışların səbəb olduğu şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 30-a çatıb. Hazırda itkin düşmüş 40 nəfərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Minas Gerais ştatının yanğınsöndürmə idarəsi daşqınlardan ciddi zərər görən Juiz de Fora və Uba şəhərlərində can itkisinin artdığını açıqlayıb. Rəsmi bəyanatda ölənlərin sayının 30-a çatdığı təsdiqlənib, itkinlərin tapılması üçün işlərin fasiləsiz davam etdiyi bildirilib.

Səlahiyyətlilər bölgədə leysan yağışların davam edəcəyini, xəbərdarlıq səviyyəsinin qüvvədə qaldığını vurğulayaraq əhalini riskli ərazilərdən uzaq durmağa çağırıblar.

Minas Gerais qubernatoru Romeu Zema mətbuata açıqlamasında vəziyyətin ağır olduğunu qeyd edib: "Çox kədərli bir an yaşayırıq. Bir neçə saat ərzində təxminən bir aylıq yağıntı düşüb. Minlərlə insan elektrik və susuz qalıb. Bir neçə məktəb təxliyə edilənlər üçün müvəqqəti sığınacağa çevrilib. İlk humanitar yardım yük maşınları artıq yola düşüb.”

Braziliya Prezidenti Luiz Inasio Lula da Silva isə hökumətin səfərbər edildiyini bildirib və yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR