Braziliyada son sutkada koronavirusdan 2 minə yaxın adam öldü

Braziliyada son sutkada koronavirusdan 2 minə yaxın adam öldü
DÜNYA
11:20 14.03.2021
635
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 76 178 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 439 558 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində koronavirusdan 1 997 nəfər ölüb, ölənlərin ümumi sayı 277 102 nəfər təşkil edir.
 
///Trend
OXŞAR XƏBƏRLƏR