Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb

Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
DÜNYA
10:42 02.07.2025
217
Braziliyanın cənub-şərqində, San-Paulu əyalətində təlim təyyarəsi qəzaya uğrayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, havaya qalxan təyyarə San-Xose-du-Rio-Pretonun yaşayış olmayan ərazisinə düşüb.

Pilotların təlimi üçün istifadə edilən təyyarədə olan iki nəfər qəza nəticəsində həlak olub.

Yerli polis və Braziliya Hərbi Hava Qüvvələrinin Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi tərəfindən qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR