Braziliyada torpaq sürüşmələrində ölənlərin sayı artdı

Braziliyada torpaq sürüşmələrində ölənlərin sayı artdı
DÜNYA
11:52 25.03.2024
147
Braziliyada yağan leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 23-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Espirito Santo əyalətinin rəsmiləri leysan yağışlar nəticəsində baş verən torpaq sürüşmələrində həyatını itirənlərlə bağlı açıqlama verib.

Açıqlamada, sürüşmələrdə ölənlərin sayının 23-ə yüksəldiyi və əyalətdə təxminən 5 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.

Qeyd edək ki, ötən gün Espirito Santo əyaləti və Rio-de-Janeyro şəhərində baş verən sürüşmə nəticəsində 12 nəfərin həyatını itirdiyi bildirilmişdi.

Meteorologiya xidməti güclü yağışların və tufanların bir müddət də davam edəcəyini də açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR