Braziliyada "X" qadağan edildi

DÜNYA
14:33 02.09.2024
135
Braziliya Ali Məhkəməsi "X" sosial media platformasına girişi qadağan edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "X"ə giriş dayandırılsa da, proqram "Apple"nin "App Store"də əlçatan olaraq qalır.
 
"Apple"nin tətbiqin silinməsi ilə bağlı məhkəmənin tələbinə əməl edib-etməyəcəyi hələlik bəlli deyil.

Şirkətdən verilən açıqlamada internet xidmət təminatçılarına və tətbiq mağazalarına girişin qarşısını almaq üçün 5 gün müddət verildiyi bildirilib.

İlon Mask da "X"də etdiyi paylaşımda qərara reaksiya verərək"İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim onu ​​siyasi səbəblərdən məhv edir", - deyə sərt reaksiya verib.
 
Mask məhkəmənin tələbini yerinə yetirməyib və "X"in Braziliyadakı ofisini bağlayıb.

Qeyd edək ki, ölkədə əvvəllər "WhatsApp" və "Threads" də qadağan edilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR