Braziliyadan sərt qərar - ÜST-ü tərk edə bilər

Braziliyadan sərt qərar - ÜST-ü tərk edə bilər
DÜNYA
12:36 06.06.2020
882

Braziliya Prezidenti Jair Bolsonaru Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) həddindən artıq ideolojiləşdirmədə günahlandırıb və ölkəsinin bu təşkilatı tərk edəcəyini bildirib.

Bu barədə prezident rəsmi iqamətgahının qarşısında jurnalistlərlə grüşündə deyib.

"Xəbərdar edirəm: Birləşmiş Ştatlar ÜST-ü tərk etdi və biz də gələcəkdə bunun mümkünlüyünə baxacağıq. Ya ÜST gələcəkdə ideoloji niyyətlər olmadan işləyəcək, ya da biz də çıxacağıq. Bizə insanların kənardan səhiyyə sahəsində nəyi edəcəyimizlə bağlı göstərişlər verməsi lazım deyil”, - deyə Bolsonaru qeyd edib.

OXŞAR XƏBƏRLƏR