Braziliyalı futbolçu hava limanında qəfil vəfat etdi

Braziliyalı futbolçu hava limanında qəfil vəfat etdi
İDMAN
14:04 07.01.2026
214
"Norilsk Nikel" futzal klubunun oyunçusu və Braziliya milli komandasının keçmiş hücumçusu Aleks Felipe 32 yaşında vəfat edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, idmançı Rusiya Kubokunun yarımfinal matçından sonra Uxta hava limanında anidən dünyasını dəyişib.
 
Klub bu xəbəri rəsmi Telegram kanalında açıqlayıb.

Məlumata görə təyyarənin uçuşundan bir müddət əvvəl Aleks huşunu itirib. Hadisə yerinə çağırılan komanda həkimi, hava limanının feldşeri və təcili yardım briqadalarının səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Felipedən sonra həyat yoldaşı və iki azyaşlı uşağı qalıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR