Braziliyalı futbolçu mövsümün sonunda İtaliya klubundan ayrılacaq

İDMAN
19:32 16.04.2024
149
Braziliyalı futbolçu Felipe Anderson cari mövsümün sonunda İtaliyanın "Latsio” klubundan ayrılacaq.

Bu barədə 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib.

Roma təmsilçisi ilə müqavilə müddətini uzatmayacaq yarımmüdafiəçi yeni mövsümdən etibarən başqa klubda çıxış edəcək.

Qeyd edək ki, Felipe Anderson cari mövsüm 44 oyunda meydana çıxıb. O, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.
 
///report

OXŞAR XƏBƏRLƏR