Braziliyalı futbolçu qışda "Real"dan ayrıla bilər

İDMAN
19:19 19.11.2024
263
Braziliyalı futbolçu Endrik qışda İspaniyanın "Real" komandasından ayrıla bilər.

Bu barədə "Sport.es" nəşri məlumat yayıb.

İtaliyanın "Roma", İngiltərənin "Sauthempton" və İspaniyanın "Valyodolid" klubları 18 yaşlı hücumçunu icarəyə götürmək istəyir.

Qeyd edək ki, Endrik cari mövsüm bütün turnirlərdə "Real" forması ilə 10 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 

OXŞAR XƏBƏRLƏR