Braziliyalı futbolçu Rusiya klubundan ayrılıb

Braziliyalı futbolçu Rusiya klubundan ayrılıb
İDMAN
18:46 14.01.2025
333
Rusiyanın "Spartak" klubu Villian Joze ilə yolları ayırdığını açıqlayıb.

Müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Braziliyalı hücumçu 2024-cü ilin yayında İspaniyanın "Betis" klubundan 2 milyon avroya Moskva təmsilçisinə transfer olunmuşdu.

Qeyd edək ki, V.Joze "Spartak”ın heyətində meydana çıxdığı 13 oyunda bir qol vurub. Onun Braziliyanın "Baiya" klubuna keçəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR