Braziliyalı hücumçu "Qəbələ"nin təklifini qəbul etməyib

Braziliyalı hücumçu "Qəbələ"nin təklifini qəbul etməyib
İDMAN
19:32 28.06.2022
295
"Qəbələ" ötən gün "Neftçi" ilə yollarını ayıran braziliyalı futbolçu Ramon Maçadoya təklif göndərib.

Bu barədə AZXEBER.COM-a əyalət klubunun baş meneceri Nail Kərimov məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu təklifə müsbət yanaşmayıb: "Böyük ehtimalla, məsələ bağlanıb. Maraqlandığımız digər oyunçular var. Amma hələlik konkret bir şey yoxdur".

Qeyd edək ki, Ramon Maçado 2021-ci ilin sentyabrından "Neftçi"də çıxış edirdi. Paytaxt klubunda 28 oyun keçirən futbolçu 7 qol vurub.
OXŞAR XƏBƏRLƏR