Braziliyalı ulduz qışda “Real”dan ayrılacaq

Braziliyalı ulduz qışda “Real”dan ayrılacaq
İDMAN
15:56 20.10.2025
139
"Real Madrid”in gənc hücumçusu Endrik qış "transfer pəncərəsi”ndə komandadan ayrılmağa qərar verib.

AZXEBER.COM xəbər verir ki, braziliyalı futbolçu daha çox oyun praktikasına sahib olmaq və 2026-cı il dünya çempionatına çağırılmaq şansını artırmaq üçün icarə variantına razılıq verib.

İspaniya mətbuatının məlumatına görə, "Real Madrid” rəhbərliyi artıq yanvar ayında icarə keçidi üçün uyğun klub axtarışına başlayıb.

Xabi Alonso bu mövsüm 19 yaşlı hücumçuya şans verməyib. Gənc futbolçu indiyədək heç bir qarşılaşmada meydana çıxmayıb və bir dəqiqə belə oynamayıb. Bu amil onun komandadan müvəqqəti ayrılmaq qərarına təsir göstərib.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR