Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib

Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
DÜNYA
10:28 09.03.2021
459
Braziliyanın paytaxtı Brazilia şəhərində koronavirusla əlaqədar komendant saatı tətbiq edilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə paytaxtın Federal dairəsinin qubernatoru İbaneys Roşa özünün "Twitter" səhifəsində yazıb.

İ.Roşa bildirib: "Vəziyyət kritikdir. Mən bu gün saat 22:00-da qüvvəyə minəcək komendant saatı elan edirəm. Federal dairəsnin ərazisində olan hər kəs axşam saat 22:00-dan səhər saat 05:00-a qədər evlərində qalmalıdır. <...> Məhdudiyyət martın 22-dək qüvvədə olacaq".

Onun sözlərinə görə, belə məhdudiyyət "xəstəliyin yayılmasına qarşı yeganə mübarizə formasıdır".
OXŞAR XƏBƏRLƏR