Bred Pitt dəymiş ziyana görə 20,5 milyon dollar ödəyib

Bred Pitt dəymiş ziyana görə 20,5 milyon dollar ödəyib
MAQAZİN
12:05 13.11.2025
134
2007-ci ildə dağıdıcı Katrina qasırğasından sonra, Bred Pitt evsiz qalan Yeni Orlean sakinlərinə mənzil tikintisi üçün genişmiqyaslı bir layihəyə başlatmışdı.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun yaratdığı fond 150 evə investisiya qoyaraq yenidənqurma işləri aparıb.

Lakin bir neçə ildən sonra sakinlər evlərin damından sızmalar, elektrik kəsintiləri və tikinti qüsurlarından şikayətlənməyə başlamışdılar.
 
Aparılan araşdırmalar zamanı məlum oldu ki, evlər ciddi qanun pozuntularına yol verərək tikilib.

Uzunsürən məhkəmən sonra qəbul edilən qərar nəticəsində Bred Pitt və onun fonduna  evsizlərə dəymiş ziyanı kompensasiya etmək və evləri yenidən bərpa etmək üçün 20,5 milyon dollar ödəmək tapşırılıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR