“Brent” markalı neftin qiyməti bahalaşıb

İQTİSADİYYAT
21:44 26.12.2018
4976
"Brent" markalı neftin qiyməti bahalaşıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin qiyməti 3,01 faiz artaraq bir barel üçün 52,3 ABŞ dolları təşkil edib. 

WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti isə bir barelə görə 4,26 faiz bahalaşaraq 44,34 dollara çatıb.
OXŞAR XƏBƏRLƏR