Brifinq olacaq, karantin yenidən sərtləşdiriləcək? – RƏSMİ CAVAB

Brifinq olacaq, karantin yenidən sərtləşdiriləcək? – RƏSMİ CAVAB
SOSİAL
10:29 05.03.2021
6481
Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.

Bu barədə bəzi KİV və sosial şəbəkələrdə bildirilir.

Qeyd edilir, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.

Məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq.

AZXEBER.COM xəbər verir ki, qurumdan BAKU.WS-ə bildirilib ki, hələlik bu barədə heç bir məlumat yoxdur. Brifinqin təşkil olunması barədə də məlumatın olmadığı vurğulanıb.
OXŞAR XƏBƏRLƏR