41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi ilə bağlı açıqlama verib.
Ronaldo bildirib ki, 2030-cu ildə keçiriləcək növbəti DÇ-də iştirak etməyəcək.
"Heç nəyi emosiyalarla qərarlaşdırmıram. İndi oynamağa davam edib-etməyəcəyim vacib deyil. Sabah da bu gün olduğu kimi təmiz vicdanla oyanacağam. Milli komandada 23 il çıxış etdim və üç titul qazandım.
Kriştianudan əvvəl Portuqaliya heç nə qazanmamışdı. 2016-cı ildə qazandığım Avropa çempionluğu mənim üçün ən böyük uğurdur. Fikrimcə, Dünya Çempionatı ilə eyni ölçüdədir”, – deyə ulduz futbolçu bildirib.
Portuqaliya millisinin heyətində altıncı DÇ-yə qatılan Ronaldo turnir tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi rekordunu daha da möhkəmləndirib. O, 2026-cı il DÇ-də üç dəfə fərqlənib.
"O gün gələcək. Amma gedəndə vicdanım tam rahat olacaq. Futbolda bacardığım hər şeyi etmişəm. Mən futbolu sevirəm və buna görə oynayıram. Hər gündən zövq almaq lazımdır. İndiyədək bu mundialda üç qol vurmuşam. Düşünürəm ki, bu, heç də pis nəticə deyil”, – deyə Ronaldo əlavə edib.
/qafqazinfo











































