Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib

Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
DÜNYA
00:48 25.10.2026
129
Rusiyanın Tehrandakı səfirliyi rusiyalı diplomatların və mütəxəssislərin İrandan çıxması ilə bağlı iddialara münasibət bildirərək bəyanat yayıb.

Bəyanatda deyilir ki, bəzi qərəzli media orqanlarında Rusiya səfirliyinin əməkdaşlarının və Buşehr Atom Elektrik Stansiyasında çalışan rusiyalı mütəxəssislərin guya təxliyəsinin həyata keçirildiyinə dair yayılan məlumatlardan xəbərdardılar.

"Bununla əlaqədar bildiririk ki, nə səfirliyin əməkdaşları, nə də Buşehr Atom Elektrik Stansiyasında çalışan rusiyalı mütəxəssislər İranı tərk edirlər”.

Rusiya səfirliyi fəaliyyətin adi qaydada davam etdiyini vurğulayıb: "Bunun əksini iddia edən məlumatlar həqiqətə uyğun deyil və onların mənşəyi də tamamilə aydındır”.

///apa.az///
OXŞAR XƏBƏRLƏR